4 Yanvar 22:23
3 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlaşdırılan, lakin protokolda qeyd olunmayan "Atatürk" yazılı köynəklərə və pankartlara görə təxirə salınan Superkubok finalı ətrafında qalmaqal böyüyür.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, ərəblər məsələ ilə bağlı Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək.

Belə ki, təşkilatçı şirkət olan "Riyad Season", TFF "Qalatasaray" və "Fənərbaxça"ya verdiyi pulları, həmçinin dəymiş ziyanla əlaqədar təzminat tələb edir.

Təşkilatçı şirkət təxirə salınan oyunla bağlı verdiyi açıqlamada "Fənərbaxça" və "Qalatasaray" komandalarını günahlandırıb.

"Təəssüf ki, razılaşmaya baxmayaraq, hər iki komanda müqaviləyə əməl etməyib”, - deyə məlumatda qeyd olunub.


Müəllif: Pərviz

Oxşar xəbərlər