Konqo Demokratik Respublikası millisinin Kot-d’İvuarla bugünkü yarımfinal matçında qara sarğı taxmasına icazə verilməyib.
Teleqraf.com xəbər verir ki, yığma üzvləri son günlər qeyri-sabit siyasi vəziyyət səbəbindən Konqonun Qoma şəhərininin kütləvi şəkildə boşaldılmasına görə meydana qarşı sarğı ilə çıxmaq istəyiblər. Lakin turnirin təşkilatçıları yığmanın bu istəyinə qarşı çıxıb.
Bu gecə keçiriləcək Kot-d’İvuar - Konqo DR matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Qoma şəhərinin sakinləri qonşu ölkə olan Ruandaya üz tutur. 2019-cu ilə qədər bu şhərdə yarım milyondan çox insan yaşayıb.