"Fənərbaxça"nın anlaşaraq İstanbula gətirdiyi Joze Mourinyo "Şükrü Saraçoğlu Stadionu"nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, Mourinyo və Ali Koç birlikdə tribunaları salamlayıb və mərasimdə açıqlamalar veriblər.
Koç, "O, şübhəsiz ki, dünya tarixinin ən yaxşı 5 məşqçisindən biridir" deyib. Mourinyo isə, "Futbol sizin və bizim üçün bir ehtirasdır. Hiss edirəm ki, bu həvəsi hiss edə biləcəyim bir yerdəyəm. Sizin arzularınız mənim arzularımdır", - deyib.
Qeyd edək ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisə verəcəyi maaş haqda məlumat verməyib.