Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib.
Teleqraf.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun AVRO-2024-ün açılış matçında Almaniyaya qarşı (1:5) oyunun ik hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub.
Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan R.Porteus eyni zamanda Şotlandiya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub.
Qeyd edək ki, Almaniya - Şotlandiya matçı meydan sahiblərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şotlandiya AVRO-2024-də növbəti görüşlərini İsveçrə (19 iyun) və Macarıstana (23 iyun) qarşı keçirəcək.