18 İyun 18:34
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Zirə" klubunun I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Bakı klubu ilk təsnifat mərhələsində Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 18-də keçiriləcək.


Müəllif: Teleqraf.com