Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün 1/8 finalında Slovakiya üzərində qələbəni ədalətli sayır.
Teleqraf.com xəbər verir ki, futbolçu uğursuz penalti vuruşundan danışıb.
“Bəzən penaltidən qol vurmaq çətin olur. Bəzən çaşqınlıq olur, küncə yoxsa, mərkəzə vuracağını bilmirsən. Bu il iki dəfə penaltilərdə uğursuzluqla üzləşmişəm, amma bu dəfə qalib gəldik. Düşünürəm ki, futbol bəzən ədalətli olmalıdır, bu dəfə Portuqaliya qələbəyə layiq idi”, - Ronaldo bildirib.
Ronaldo qarşılaşmada əlavə vaxtda penaltini effektli yerinə yetirə bilməyib, slovak qapıçı Yan Oblak zərbəni dəf edib.
Əsas və əlavə vaxt 0:0 başa çatıb. Penalti zərbələrində Portuqaliya 3:0 hesabı ilə qalib gəlib. “Portu”nun qapıçısı Dioqu Kosta üç seyv edib.
Portuqaliyanın qollarını Ronaldo, Bruno Fernandes və Bernardo Silva vurub. Ronaldonun komandası 1/4 finalda Fransa ilə mübarizə aparacaq.