Kiyev və Qərb hazırdırsa, Rusiyanın Ukrayna ilə bağlı təklif etdiyi plan döyüşlərin dərhal dayandırılması və danışıqların başlanmasına imkan verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“İyunun ortalarında həllə bağlı başqa bir variantın təqdim etdik, əgər Ukrayna tərəfi və ən əsası onun Qərb sponsorları bunu qəbul etməyə hazır olsalar, bu, bizə hərbi əməliyyatları sözün əsl mənasında dərhal dayandırmağa, danışıqlara başlamağa və insan həyatını xilas etməyə imkan verərdi”, - dövlət başçısı bildirib.