4 İyul 02:11
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

1300 ildir ki, daşda ilişib qalan "Excalibur" qılıncı kimi tanınan qədim qılınc oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Fransanın Rocamadur şəhərində baş verib.

Rocamadur bələdiyyəsinin başçısı Dominik Lenfant bu oğurluğu "dəhşətli hadisə" adlandırıb: "Şəhər hazırda özünün bir hissəsini oğurlamış kimi hiss edir. Qılınc əsrlər boyu Rocamadurun bir hissəsi idi və turistlərin sevimli ziyarət yeri olub. Əfsanə olsa belə, kəndimizin və bu qılıncın taleyi bir-birinə qarışıb”

Polis 30 metr hündürlüyündəki qayaya qılıncı oğurlamaq üçün kimin dırmaşdığını müəyyənləşdirməyə çalışır.


Müəllif: Arzu

Oxşar xəbərlər