Aparıcı Nanə Ağamalıyevanın yeni televiziya mövsümündə ATV-dən ayrılaraq Xəzər TV-də fəaliyyətinə davam etməsi haqqındakı xəbərə çalışdığı kanaldan reaksiya göstərilib.
ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli Teleqraf.com-a açıqlamasında yayılan xəbərin əsassız olduğunu bildirib:
"Yayılan məlumatın əsası yoxdur. Nanə Ağamalıyeva yeni mövsümdə də ATV kanalında fəaliyyətinə davam edəcək".