4 İyul 14:01
2 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində 2006-cı il təvəllüdlü Tehran sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Aytənə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Tehran 2023-cü il fevral ayının ortalarında və 2023-cü ilin mart ayının əvvəllərində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Aytəni onun razılığı ilə şəhərdə yerləşən yarımtikiliyə gətirib. Orada on dörd yaşına çatmayan Aytənlə təbii yolla cinsi əlaqədə olub.

Həmin il martın 27-də Aytəni yenidən həmin yarımtikiliyə gətirib. Orada Aytənə qarşı iyrənc hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Tehranın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tehran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aytəni hazırlıq yoldaşı kimi tanıyıb, aralarında bir dəfə cinsi əlaqə olub: “Biz ayrı-ayrı məktəblərdə oxumuşuq. Aytəndən iki sinif yuxarıda oxuyurdum. Onunla fizika fənni üzrə hazırlığa gedərkən tanış olduq. Eyni müəllimin yanına gedirdik”.

Təqsirləndirilən şəxs bildirib ki, qızla 2021-ci ilin oktyabrın 21-də tanış olublar: “Əvvəl dərs barədə danışmağa başladıq. Aytəni sevdiyimi onun özünə də dedim. o da mənə qarşılıq verdi. Mənim də, Aytənin də telefonu vardı deyə danışıb yazışırdıq. Həm dərs barədə, həm də sevgi münasibətləri barədə söhbət edirdik. Hazırlıqdan hazırlığa görüşürdük. Tanışlıqdan iki il sonra Aytənlə yaxın münasibətdə olmağa qərara gəldim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevral ayında Aytənlə birinci dəfə cinsi əlaqədə olub: “Bizim münasibətlərimiz haqda valideyinlərimin də məlumatı vardı. Lakin onlar mən universitetə girdikdən və yaşımız çatdıqdan sonra bir-birimizlə əlaqə qurmağımızı tapşırdılar. Birinci dəfə Aytənlə əlaqədə olmağım barədə heç kimin xəbəri olmadı”.

Tehranın ifadəsinə görə, sonuncu dəfə 27 mart 2023-cü ildə Aytənlə birlikdə Şirvan şəhərində yarımtikiliyə daxil olublar: “Burada bizi iki nəfər şəxs gördü. Hazırda Aytənlə barışmışam. Onu istəmişəm, hazırda da münasibətlərimiz var.

Aytənlə birinci dəfə 2023-cü ilin fevral ayında məscidin yanındakı yarımçıq tikilidə təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra martın 27-də həmin tikiliyə daxil olmuşuq. Həmin vaxt Aytənə heç nə etmədim, paltarlarımızı da aşağı çəkmədik. Yalnız bir-birimizlə öpdük. Bu zaman iki nəfər şəxs içəri girərək bizi şantaj etdilər. Onların birinin adı Eldar, digərininki Etibardı.

Etibar həmin əraziyə nəzarət etdiyini bildirdi. Mən bu hərəkətlərimi üzrlü sayıb qızı buraxmalarını xahiş etdim. Bundan sonra Etibar polis olduğunu dedi. Bu hərəkətlərimə iş düşdüyünü söylədi. Eldar isə Aytəndən pul istədi. Daha sonra isə Aytənə onunla cinsi əlaqədə olmağı təklif etdi”.

İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, fizika fənnindən hazırlığa gedərkən Tehranla tanış olub: “Daha sonra münasibətlərimiz yarandı. Utandığım üçün hadisə barədə danışa bilmirəm. Münasibətlərimiz getdikcə daha da yaxşılaşdı. İlk öncə Tehran məndən xoşu gəldiyini bildirdi. Mən də ona müsbət cavab verdim.

Bundan sonra həm telefonda, həm də sosial şəbəkələrdə mütəmadi danışdıq. Tehranla münasibətimiz barədə əvvəlcə anamın, sonra isə atamın məlumatı oldu. Yaşımız az olduğundan valideynlərim böyüdükdən sonra münasibətlərimizi davam etdirməyi tələb etdilər.

Tehranla birinci dəfə yaxın münasibtələrimiz birdən-birə yarandı. Bunu əvvəlcədən planlamamışdıq”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin əvvəllərində Tehranla əlaqədə olublar: “Bu barədə valideyinlərimə məlumat verməmişəm. İkinci dəfə 2023-cü ilin martında həmin yarımçıq tikilidə cinsi əlaqədə olduq. Üçüncü dəfə isə həmin il martın 27-də cinsi əlaqədə olmasaq da, Tehran mənə qarşı seksual xarakterli hərəkətlər etdi”.

Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi olan anası təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayət və tələbləri olmadığını bildiriblər. Təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş ediblər.

İş üzrə şahid qismində ifadə verən Eldarın sözlərinə görə, Şirvan şəhərində bazarda alverlə məşğul olur, EtibarI isə taksi sürücüsü kimi tanıyır: “Martın 27-də günorta saatlarında Etibar idarə etdiyi taksi ilə məni evə apararkən yolun kənarında yerləşən məscidin yanındakı yarımçıq tikiliyə bir qız və bir oğlanın girdiyini gördük. Etibardan maşını saxlamasını xahiş etdim. Maşından düşdük, həmin tikiliyə daxil olduq. Bu zaman bir qız və oğlanın cinsi əlaqədə olduqlarını gördük.

Buna görə onlara etiraz etdik ki, ətrafdakı binlardan görünür və belə hərəkətlər etmək düzgün deyil. Onların valideyinlərini çağırmaq istədik. Tehran mənə pul da təklif etdi ki, bu barədə heç kimə deməyək. Bu vaxt kənardan polis əməkdaşlarının gəldiyini gördük. Polislər həmin yerdə nə etdiyimizi soruşdular. Mən hadisə barədə onlara danışdım. Bizi polis şöbəsinə apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tehran 6 il azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub.

Tehranın barəsində 2 il sınaq müddəti müəyyən edilib. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınıb.

Təqsirləndirilən şəxsin davranışına nəzarət etmək yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilib. Sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifə olaraq onun üzərinə qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər