5 İyul 14:54
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.


Müəllif: Teleqraf.com