16 İyul 13:08
1 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Teleqraf.com klubun rəsmi saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Türkiyənin "Kocaelispor" klubundan transfer edilən R.Şeydayev Azərbaycanda "Sabah" və "Qarabağ"ın da formasını geyinib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər