Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyasının saytında yerləşdirilib.
Siyahıda 503 klub yer alıb. Azərbaycanın bu sıralamada 4 komandası var. Ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun komandası 197,25 xalla 34-cüdür. Komanda əvvəlki siyahıya nisbətdə 5 pillə irəliləyib.
“Zirə” də sıçrayış edib. Rəşad Sadıqovun komandası 81 pillə irəliləyib. Paytaxt klubu 76,25 xalla 280-cidir.
“Sabah” 3 pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən “Neftçi” 57 xalla 431-cidir.