01:24
220
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

Teleqraf.com xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb.

Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.

Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"Tottenhem Hotspur" stadionundakı matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib - 3:0.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb. 58-ci dəqiqədə isə "Qarabağ"ın heyətində Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.

00:53

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda təmsilçimiz penalti zərbəsindən yararlana bilməyib.

"Tottenhem Hotspur" stadionundakı matçın 58-ci dəqiqəsində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə davam edir.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

00:01

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

"Tottenhem Hotspur" stadionunda davam edən matçın 12-ci dəqiqəsində meydan sahibləri Brennan Consonla fərqlənib.

Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.

23:44

***

Drequşin 8-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub.

***

Matç başladı

23:35

***

Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə CBC Sport-un canlı yayımında məlumat verilib.

Matç Bakı vaxtı ilə saat 23:35-də başlayacaq.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq “Tottenhem” (İngiltərə) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Teleqraf.com xəbər verir ku, "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər