Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Sərhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu özü sosial şəbəkə hesabında bildirib.
Akın ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.
Xəstəxanaya çatdırılan keçmiş futbolçunun vəziyyəti yaxşıdır.