20 Oktyabr 22:42
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, yığma qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kiloqram çəkidə çıxış edən boksçu finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ondan öncə Tural Sarıyevlə (48 kiloqram) Nicat Hüseynov (51 kiloqram) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kiloqram


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər