İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi gələcək karyerası barədə danışıb.
63 yaşlı Lui van Qal başqa klubda çalışmayacağını deyib.
Onun sözlərinə görə, “Mançester Yunayted” ilə müqaviləsi bitdikdən sonra təqaüdə çıxacaq: “Ailəmə daha çox vaxt ayırmaq istəyirəm. Diqqətimi uşaqlarıma, nəvələrimə və həyat yoldaşıma ayırmaq niyyətindəyəm”./trend/