"Yuventus" PSJ-nin forvardı Edinson Kavani ilə yaxından maraqlanır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sportmediaset"in məlumat yayıb. Hazırda tərəflər arasında danışıqlar gedir. PSJ Kavaninin qarşılığında ən azı 50 milyon avro tələb edir.
Yazılanlara inansaq, uruqvaylı futbolçu "Qoca Sinyora"ya keçmək üçün hətta əmək haqqının azaldılmasına belə razıdı.
"Yuventus"la yanaşı, "Mançester Yunayted" və "Atletiko" da forvardı heyətində görmək istəyirlər.
Cari mövsümdə 42 matçda meydana çıxan Edinson Kavani 18 dəfə fərqlənib.
Rüstəm