13 Aprel 2015 20:49
651

"Qələbə məni və futbolçuları aldatmamalıdır". Trend-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Simurq” oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

“Qarabağ”ın baş məşqçisi Q.Qurbanov qeyd edib: “Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı. Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm. Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər”.

“Simurq”un baş məşqçisi George Çixradze isə səfər oyununda komandasının qol vurmalı olduğunu bildirib: "Qol buraxmamaq lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Qarabağ” “Simurq”u 1:0 hesabı ilə məğlub edib.


Müəllif: