27 Aprel 2015 12:55
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayon ictimaiyyəti keçirilən idman yarışları ilə I Avropa Oyunlarına dəstəyini ifadə edib.

Teleqraf.com-un məlumatına görə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam etdirilib.

Basketbol: Aprel ayının 21-də “Start” İdman və Sağlamlıq Kompleksində müxtəlif yaş qruplarından olan uşaqlar arasında basketbol yarışı keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları ölkəmizdə idmana olan dövlət qayğısından danışıb.Çıxışlardan sonra yarışa start verilib. Yarışda 8 komanda gücünü sınayıb. Güclü mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə diplomlar təqdim edilib.

Taekvondo: Aprelin 21-də Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində azyaşlılar arasında taekvondo üzrə yarış keçirilib. Yarışda müxtəlif idman hərəkətləri nümayiş etdirən idmançılar komanda şəklində mübarizə aparıblar. Yüksək əzmkarlıq göstərən “Şahinlər” komandasının üzvləri yarışın qalibi olublar. Sonda qaliblərə medal və diplomlar verilib.

Gimnastika: Aprelin 23-də yeniyetmə qızlar arasında bədii gimnastika birinciliyi keçirilib. Yarışda müxtəlif hərəkətlərlə çıxış edən gimnastlar öz məharətlərini nümayiş etdiriblər. Sonda qalib gimnastlar medal və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, aprel ayının 9-dan start verilən tədbirlər seriyası çərçivəsində Nizami rayonunda rəsm, şahmat, voleybol, həndbol, stoüstü tennis, güllə atıcılığı, paint-ball, karate, üzgüçülük, cüdo, ağır atletika, “Breyn-rinq” intellektual yarışlar keçirilib. Bütün yarışların birinci yerlərinin qaliblərinin mükafatları və hədiyyələri may ayında keçiriləcək “Azərbaycan Olimpin Zirvəsində” adlı ümumrayon tədbirində veriləcək.

Qeyd edək ki, keçirilən yarışlar məhz I Avropa Oyunlarının proqramına daxil olan idman növləri üzrə olub. Bu cür geniş tədbirlərin keçirilməsi isə Nizami rayon ictimaiyyətinin iyun ayında keçiriləcək I Avropa Oyunlarına dəstəyinin ifadəsi olub.


Müəllif: