3 May 2015 23:17
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə keçirilmiş bədii gimnastika üzrə “Avropa-2015” çempionatının sonuncu medal dəstinin sahibləri də məlum olub.

Trend-ə verilən məlumata görə, təmsilçimiz Marina Durunda çempionatda bürünc medala layiq görülüb. Yarışlar bitdikdən sonra onun ümumi nəticəsi 4 (17,900) olub. Marina Durundanı beloruslu Yekaterina Qalkina (17950) üstələyib. Lakin məşqçilərimiz protest ediblər və protest Avropa Gimnastika İttifaqının münsiflər heyəti tərəfindən təmin olunub.

Ən yaxşı nəticəni Rusiya təmsilçisi Yana Kudryavtseva göstərib. Çempionatın lentlə hərəkətlər üzrə qalibi 18900 xal toplayıb. Belarus yığmasının başçısı Melitina Stanyut (18133) yarışların gümüş medalına layiq görülüb.


Müəllif:

Oxşar xəbərlər