12 May 2015 10:11
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" "Bavariya"nın forvardı Tomas Müllerlə yaxından maraqlanır.

Teleqraf.com xəbər verir ki, Lui van Qal Pep Qvardiola və Müller arasındakı gərginlikdən istifadə etmək istəyir. Yazılanlara inansaq, MY alman futbolçuya görə qarşı tərəfə 62 milyon avro ödəməyə hazırdı.

Cari mövsümdə 39 matçda meydana çıxan Müllerin aktivində 19 qol, 17 məhsuldar ötürmə var.

Tomas Müller "Barselona" ilə görüşdə Pep Qvardiolanın onu əvəzləməsinə etirazını əsəbi şəkildə bildirmişdi.

Rüstəm


Müəllif: