12 May 2015 14:31
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviçin agenti Mino Rayola müştərisinin vaxtilə şərəfini qoruduğu "Milan"a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, isveçli forvardın sabiq komandasına getməyəcəyini açıqlayıb:

"Başa düşmürəm, niyə son günlər İbrahimoviçin "Milan"a qayıdışı haqda çox danışılır. Mən eyni şeyi təkrarlayıram. Bilmirəm, hansı dildə demək lazımdı. Zlatan "Milan"a qayıtmayacaq. Bu, demək olar ki, mümkün deyil".

Rüstəm


Müəllif: