29 May 2015 16:25
2 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriştiano Ronaldo "Real"dan ayrılmağa hazırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə "Don Balon" məlumat yayıb. Ulduz futbolçu Florentino Peresin Karlo Ancelottini istefaya göndərməsini yaxşı qarşılamayıb. Bununla yanaşı, Ronaldonun klub prezidenti ilə münasibətləri qaydasında deyil. Portuqaliyalı həmçinin "Real" rəhbərliyinin Qaret Beylə qeyd-şərtsiz dəstəyini və Peresin uelslini klubun açar fiqurlarından biri kimi görməsini başa düşə bilmir.

Rafael Benitesin yaxın günlərdə "Real"ın yeni baş məşqçisi kimi mətbuata təqdim olunacağı gözlənilir. Ancaq bu qərar da Ronaldonun ürəyincə deyil.

Bütün bu səbəblər 30 yaşlı futbolçunun qərarını yenidən dəyişməsinə gətirib çıxarıb. Kriştianonun komandanı tərk etmək niyyətində olduğu bildirilir.

Ronaldonun "Real"la olan müqaviləsi 2018-ci ilə kimi nəzərdə tutulub. Onun xidmətində maraqlı olan PSJ sərbəst qalma məbləğini ödəməyə hazırdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər