"Real"ın müdafiəçisi Serxio Ramos mövsümün sonunda komandadan ayrılan Karlo Ançelotti haqda danışıb.
İspaniyalı futbolçu Ançelottinin komandadan getməsinə təəssüfləndiyini bildirib:
"Klubla bağlı qərarları futbolçular yox, rəhbərlik verir. Mən rəhbərliyin yerində olsaydım, Ançelottini qovmazdım. Lakin bu, onların qərarıdır. Ançelotti təkcə, yaxşı məşqçi deyil, eyni zamanda əla insan idi. O, bizə titullar qazanmağa kömək etdi. Təəssüf ki, onunla uzun müddət işləmək şansımız olmadı".
Qeyd edək ki, "Real" klubu ötən mövsüm heç bir kubok qazana bilməyən Ançelotti ilə yollarını ayırıb.
qol.az