"Liverpul"un sabiq kapitanı Stiven Cerard yeni klubu "Los Angeles Qalaksi"də ilk matçına çıxıb.
O, Beynəlxalq Çempionlar kubokunda Meksikanın "Klub Amerika" klubu ilə oyunda debüt edib. 35 yaşlı yarımmüdafiəçi qarşılaşmanın ilk 45 dəqiqəsində meydanda olub.
Qeyd edək ki, "Los Angeles Qalaksi" - "Klub Amerika" görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Cerard bu ay ABŞ klubu ilə 1 il yarımlıq müqavilə imzalayıb.
/Qol.az/