30 İyul 2015 18:59
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demba Banın gedişindən sonra hücumçu axtarışında olan "Beşiktaş" nəhayət axtardığını tapıb. "Qartallar" Almaniya millisinin hücumçusu Mario Qomesi heyətinə cəlb edib. İstanbul təmsilçisi "Fiorentina"nın üzvünü birillik icarəyə götürüb.

"Beşiktaş" 30 yaşlı forvarda bir il üçün 3,5 milyon avro ödəyəcək.

Futbolçu özü də əlində “Beşiktaş” formaı ilə çəkilmiş şəkilini paylaşıb və türk dilində “Merhaba Beşiktaş!” rəyini yazıb.


Qeyd edək ki, karyerası ərzində "Fiorentina"yla yanaşı, "Ştutqart" və "Bavariya"nın da şərəfini qorumuş Qomes, son mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 32 oyunda 10 dəfə rəqib qapılara yol tapıb.

Publika.az


Müəllif:

Oxşar xəbərlər