11 Avqust 2015 18:50
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın sabiq futbolçusu Xristo Stoiçkov "Mançester Yunayted"ə keçəcəyi iddia edilən komandanın hücumçusu Pedro Rodriqes haqda danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Stoiçkov hollandiyalı mütəxəssis Lui van Qalın İngiltərə təmsilçisini çalışdırması səbəbindən Pedronun "Mançester "Yunayted"ə keçməsini istəmədiyini deyib.

O bildirib ki, Lui van Qal "Barselona" kimi, "Mançester Yunayted"i də dağıdacaq: "Heç vaxt Lui van Qalın komandasına qayıtmaram. O, "Barselona" kimi, "Mançester Yunayted"i də dağıdacaq. Van Qal "Barselona"dan gələn Viktor Valdesi ehtiyatda saxlamaqla onu məhv edir. Ümid edirəm ki, Pedro mənim sözlərimə qulaq asacaq və "Mançester Yunayted"ə getməyəcək".

Qeyd edək ki, 2014-cü ildən "Mançester Yunayted"i çalışdıran van Qalın komandası ötən mövsüm Premyer Liqanı 4-cü pillədə başa vurub.


Müəllif:

Oxşar xəbərlər