25 Avqust 2015 13:15
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona" klubunun rəhbərliyi Neymar üçün təklif olunana 190 milyondan imtina edib.

Teleqraf.com xəbər verir ki, rəhbərlik futbolçu ilə müqaviləni artırmağı düşünür.

"Barselona"nın prezidenti Jozep Bartomeu bildirib ki, komandasının forvardı Neymarı "Mançester Yunayted"ə satmağa hazırlaşmır. Kataloniya klubunun rəhbəri "Radio Catalunya"ya açıqlamasında belə danışıb:

"Neymarla yollarımızı ayırmaq istəmirik. O, hələ gəncdi və biz istəyirik ki, Neymar karyerasını bu klubda bitirsin.

Yaxın vaxtlarda onun müqaviləsinin uzadılmasını müzakirə edəcəyik, amma o, bizimlə nəinki 3, 5-10 il də qalmalıdı".

Ötən gün xəbər yayılıb ki, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalı üçün 190 milyon avro ödəməyə hazırdılar.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər