Çempionlar Liqasının pley-off mərhələsinin ilk cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"ylə qarşılaşıb. İlk oyunda evdə isveçlilərə 3:2 hesabıyla qalib gələn şotlandlar bu üstünlüklərini qoruyub saxlaya bilməyiblər. Belə ki, səfərdə 0:2 hesabıyla uduzan "Ağ-yaşıllar" avrokuboklarda mübarizəni Avropa Liqasında davam etdirəcək.
Günün ən maraqlı oyunlarından biri də Monakoda baş tutub. Burada "Monako" ilk oyunda 1:3 hesabıyla məğlub olduğu "Valensiya"nı qəbul edib. "Knyazlıq klubu" oyunboyu çox çalışsa da, ilk oyundakı məğlubiyyətin əvəzini çıxa bilməyib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
25 avqust
Monako (Fransa) - Valensiya (İspaniya) 2:1 (ilk oyun 1:3)
Raqqi, 17. Karillo, 75 - Neqredo, 4.
Malmö (İsveç) - Seltik (Şotlandiya) 2:0 (2:3)
Rozenberq, 23. Karvalyo, 54.
Dinamo (Zaqreb, Xorvatiya) - Skenderbeu (Albaniya) 4:1 (2:1)
Soudani, 9; 80. Hodziç, 15. Taravel, 55 - Esqerdinya, 10.
Qırmızı vərəqə: Qonzalo Santos (Dinamo), 48.
Şaxtyor (Donetsk, Ukrayna) - Rapid (Vyana, Avstriya) 2:2 (1:0)
Marlos, 10. Qladkiy, 27 - Şaub, 13. Hoffman, 22.
Qırmızı vərəqə: Zonnlaytner (Rapid), 88.
Makkabi (Təl-Əviv, İsrail) - Bazel (İsveçrə) 1:1 (2:2)
Zahavi, 24 - Zuffi, 11.