12 Sentyabr 2015 19:13
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlərin sayı durmadan artır.

Namizədlərin sırasında Rusiya yığmasının sabiq çalışdırıcısı Fabio Kapello da var.

İtaliyalı mütəxəssis sentyabrın 9-da istefaya göndərilmiş Niko Kovaçı əvəzləyə bilər. Onun Xorvatiya Futbol Federasiyasının təklifini qəbul edib-etməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Xorvartiya yığmasının baş məşqçi vəzifəsinə namizədlər sırasında Kapello ilə yanaşı, Marselo Lippi, Roberto Donadoni, Lotar Matteus və Kristof Daum da var.

Xatırladaq ki, Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkinin də adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, yığmamızdan ayrılmağı düşünmədiyini açıqlayıb.(qol.az)


Müəllif:

Oxşar xəbərlər