22 Sentyabr 2015 22:17
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trinidad və Tobaqonun Ədliyyə Nazirliyi Beynəlxalq Futbol Federasiyasındakı (FİFA) korrupsiya ilə əlaqədar cinayət işi çərçivəsində qurumun keçmiş vitse-prezidenti Cek Uornerin ABŞ-a ekstradisiyasını təsdiqləyib.

72 yaşlı Cek Uorner milyon dollara qədər vəsaiti mənimsəməkdə təqsirləndirilir. O isə ittihamları rədd edir və ekstradisiyaya mane olmağa çalışır.

Birləşmiş Ştatlarda Cek Uornerdən başqa, FİFA-nın daha 13 məmuru qiyabi olaraq rüşvətxorluqda ittiham olunur. ABŞ-ın Ədliyyə Nazirliyi onların 24 il ərzində ümumən 150 milyon dollar həcmində rüşvət aldıqlarını iddia edir.

İsveçrə keçən həftə federasiyanın daha bir keçmiş vitse-prezidentini – uruqvaylı Euxenio Figeredonu ABŞ-a ekstradisiya etməyə razılıq verib.

Xatırladaq ki, FİFA-nın Cənubi Amerika təşkilatının keçmiş başçısı may ayında İsveçrədə keçirilən konqresə gəldiyi zaman həbs olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər