23 Sentyabr 2015 22:15
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola futbolçusu Robert Levandovskinin "Volfsburq"la görüşdə 9 dəqiqə ərzində 5 qol vurmasına münasibət bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis daha öncə karyerasında belə hadisənin şahidi olmadığını deyib:

"Nə futbolçu, nə də məşqçilik karyeramda belə şey görmüşdüm. Bu, fantastikadır. Levandovski inanılmazı bacardı. Biz Almaniya futbolunun nə demək olduğunu bir daha gördük. Bunu təsvir etmək mümkün deyil".

Qeyd edək ki, Levandovski "Volfsburq"la görüşdə (5:1) 9 dəqiqə ərzində 5 qol vurmaqla Avropa futbolunda yeni rekorda imza atıb.


Müəllif: