3 Oktyabr 2015 11:15
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın hücumçusu Neymar yaxın vaxtlarda İspaniya vətəndaşı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sport" qəzeti məlumat yayıb. 23 yaşlı futbolçu 2015-ci ilin sonuna kimi ispan pasportunu alacaq.

Braziliya və İspaniya arasında bağlanmış razılaşma əsasən, İspaniyada iki il yarım yaşayan insan bu ölkənin vətəndaşlığını ala bilər.

Beləliklə, "Barselona" yanvarda Avropa Birliyinin vətəndaşı olmayan yeni futbolçu transfer edə biləcək.

Qaydalara görə klub üç belə oyunçu sifariş etmək hüququna malikdi. Kataloniya təmsilçisinin sifarişində hazırda Luis Suares, Neymar və Duqlas yer alıblar.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər