Madrid klubu aparıcı futbolçularından biri olan Luka Modriç zədələnib.
Teleqraf.com xəbər verir ki, təcrübəli yarımmüdafiəçi AVRO-2016-nın seçmə mərhələsində Xorvatiya millisinin heyətində Bolqarıstana qalib gəldikləri (3:0) görüşdə zədələnib və ilk hissədən sonra əvəzlənib.
La Liqa klubu açıqlama verib ki, 30 yaşlı futbolçuya sağ bud əzələsinin zədələnməsi diaqnozu qoyulub.
Bildirilir ki, Modriç 2-3 həftə oynamayacaq və o, La Liqada "Levante" və "Selta"ya qarşı oyunları, Çempionlar Liqasında isə PSJ ilə oyunu buraxacaq.
Rüstəm