Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü tura start veriləcək.
Teleqraf.com xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Qəbələ" evdə Dortmund "Borussiya"sını qəbul edib.
Hesab 1:3 sonuncunun xeyrinə başa çatıb.
"Qırmızı-qaralar" növbəti mərhələyə vəsiqə şansını davam etdirmək üçün bu oyundan mütləq xalla ayrılmalıdı. Avropa Liqasında son 5 ev oyununda qol buraxmayan "Qəbələ" bu oyundan da xalla ayrılmaq niyyətindədi.
Bu, "Borussiya"nın ölkəmizə ikinci səfəridi. "Sarı-qaralar" bundan öncə 2010-cu ildə Bakıya səfər etmişdi. Dortmund təmsilçisi Avropa Liqasının 2010/11 mövsümünün pley-off mərhələsində "Qarabağ"la üz-üzə gəlmiş və hər iki oyunu qələbəylə başa vurmuşdu (4:0, 1:0).
Avropa Liqası, 3-cü tur
22 oktyabr
20:00 Qəbələ (Azərbaycan) - Borussiya (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Əlavə köməkçi hakimlər: Mariyo Strahonya, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
UEFA nümayəndəsi: Filippe Prudhon (Fransa)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
Bakı. "Bakcell Arena" stadionu.