25 Oktyabr 2015 15:29
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti komandanın futbolçuları Kriştiano Ronaldo və Qaret Beylin münasibətlərinin gərgin olması barədə xəbərlərə münasibət bildirib.

Qol.Az-ın “The Guardian”a istinadən yaydığı xəbərə görə, o bildirib ki, belə şayiələri dövriyyəyə futbolçuların nümayəndələri buraxırlar.

Ançellotti deyib:

- Onu söyləyə bilərəm ki, hər iki oyunçu arasında qarşılıqlı hörmət var. Kənar söhbətlər onların münasibətinə təsir etmir. Əgər kiminsə sualı varsa, bunu futbolçuların nümayəndələrinə yox, şəxsən özlərinə verməlidir. Əgər jurnalistlər belə etsəydilər, bu qədər söhbət də olmazdı. Hamını əmin edirəm ki, Ronaldo ilə Beyl arasında münaqişə yoxdur.


Müəllif: