21 Dekabr 2015 10:51
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komanda.az-ın keçirdiyi "İlin məşqçisi" sorğusunda qalib olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mükafatlandırılma mərasimi keçirilib.

"Fairmont otel"də baş tutan tədbirdə Qurban Qurbanova kubok və sertifikat təqdim olunub.

43 yaşlı mütəxəssis bu il 7-ci dəfə keçirilən sorğuda 6-cı dəfə qalib gəlib. Sorğuda 74 mətbuat orqanından 80 jurnalist (ötən il 51 mətbuat orqanından 57 jurnalist) iştirak edib. 49 jurnalist Qurban Qurbanova, 24 həmkarımız isə “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuka səs verib. Yığmanın baş məşqçisi Robert Prosineçki 4, "İnter"in çalışdırcısı Zaur Svanadze isə 3 səs qazanıb. "Neftçi"nin keçmiş baş məşqçisi Arif Əsədova isə səs verən olmayıb.

Tədbiri maraqlı edən məqamlardan biri Qurban Qurbanovun da bir neçə jurnalistə xüsusi hədiyyələr təqdim etməsi oldu.


Müəllif: