“Yuventus” “Borussiya”nın futbolçusu İlkay Gündoğan üçün 30 milyon avro ödəməyə hazırdır.
Qol.Az-ın "La Gazetta dello sport"a istinadən yaydığı xəbərə görə, Turin klubu türk əsilli yarımmüdafiəçini almaqda israrlıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya klubuna rəsmi təklif göndərən “Yuventus” Dortmund təmsilçisindən rədd cavabı alıb.
2011-ci ildən “Borussiya”da çıxış edən Gündoğan bu mövsüm Bundesliqada 17 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.