1 Fevral 2016 11:57
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Ahmet Cömert Spor Salonunda keçirilən turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparıb.

Güləşçilərimiz turniri 2 bürünc medalla tamamlayıb. 59 kq-da mübarizə aparan Kərim Cəfərov və 66 kq-da təmsilçimiz İslambek Dadov bürünc medal qazanıb.

80 kq çəkidə güləşçimiz Emin Əhmədov və 98 kq çəki dərəcəsində Orxan Nuriyev bürünc medal uğrunda görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.


Müəllif:

Oxşar xəbərlər