Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda keçirilən döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambian məğlub edərək ölkəmizin boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.
Teleqraf.com çempionumuzun sport7.az saytına müsahibəsini təqdim edir:
- Döyüşdən əvvəl keçirilən mətbuat konfransında Badru Lusambia ləqəbinin "dağıdan"dı olduğunu bildirmişdi. Amma bu gün onu nakauta salan sən oldun...
- Bilirsiz, özü normal adamdı. Bunu siz də gördünüz. O da qələbə qazanmaq istəyirdi. Ancaq mən onu 3-cü raundda ciyərindən vurmuşdum. Qara ciyərdən də zərbə vuranda sona qədər döyüşməyə imkan vermir. 30 saniyə buraxır, 30 saniyə buraxmır... Səhvlərə yol verdim. Boş zərbələ aldım. Üçüncü səfər vətəndə döyüşmək çox ağır oldu. Psixoloji durum mənə çətinlik yaradırdı. Taktikanı düzgün qurmadım. Buna görə də 4-cü raunda qədər ciyərlərim tuturdu, nəfəs verə bilmirdim. Ancaq 6-cı raunddan sonra buraxdı. Özümü toparladım və bu da 7-ci raundda öz təsirini göstərdi. Bilirdim ki, o, 8-ci raund vuruşa bilməyəcək.
- Demək olar ki, ancaq qarın nahiyəsinə zərbələr endirirdin. Bu, əvvəldən seçilmiş taktika idi, yoxsa...
- Mənim Ukraynadan məşqçilərim gəlib. Afrikalılar çox geniş nəfəsli olurlar. Taktika belə qurulmuşdu ki, ancaq qarın nahiyəsi ilə işləyim. Fikir verdizsə, başa vurulan zərbələr təsir etmirdi. Ona başdan çox güclü zərbə vursam da, aşmadı. Ancaq mən aşacağını zənn etdim. Həmin zərbədən sonra əlim keyidi. Çox bərk vurmuşdum. Daha sonra sağ əlimlə zərbə vura bilmirdim. Bir gülləmiz var idi. Onu da sonda istifadə etdim.
- 15 illik həsrətin, arzun bitdi. Artıq dünya çempionusan. Daha hansı arzuların qaldı?
- İdmanda istədiyim hədəfi əldə etdim. Artıq heç nə istəmirəm. Sakit, rahat həyat yaşayacam. Millətimə, dövlətimə xidmət edəcəm. Azərbaycan ilk peşəkar və yeganə dünya çempionuyam.
- İdmançı daima hərəkətli həyat yaşayır. Bundan sonra sakit həyat tərzi yaşamaq çətin olmayacaq ki?
- İdmanda olacam, ancaq vuruşmayacam. "Qəbələ" İdman Klubunda böks bölməsinin rəhbəriyəm. İlk növbədə dincəlmək istəyirəm. Özümü məşqçilikdə görmürəm. Azərbaycanda Peşəkar Boks Federasiyası açılarsa, ölkəmizdə yaxşı perespektivli uşaqlar var.
- Son raunda qədər döyüşməyə hazır idiz?
- 6-cı raunddan sonra rahat oldum. Ona qədər çox əziyyət çəkdim. Doğrudan da üçüncü dəfə Azərbaycanda vuruşmaq mənim üçün çox çətin idi. Özünüz məni yaxşı tanıyırsız. Bu döyüşün mənim karyeramda sonuncu olacağını bildirmişdim. Görün necə yarış təşkil ediblər. Şəxsən mən olsaydım, idmançım doğma arenada uduzduqdan sonra sonra ona 3-cü dəfə şans yaratazdım. Burda madiyyatdan, Fariz Mmmədovdan və ya başqa bir şeydən getmir. Burda Azərbaycanın prinsipi var. Düzü, indi də döyüşməyimdən razı qalmadım. Lusambianı nokautu salmağımda isə məşqçilərimin rolu oldu. Mənə dedilər ki, zərbə onun qarnını tutub. Zərbələri təkrarla... Bilirsiz fasilədə niyə oturmurdu? Çünki ciyərdən zərbə dəyəndə, oturanda kask ciyəri sıxır, nəfəs almaq olmur. Bunu da məşqçilərim dedim. Bu qələbə tanrının mənə bəxş etdiyi hədiyyə idi. Bu gün hiss etdim ki, artıq bitirmək lazımdı. Özüm-özümlə danışırdım ki, Fariz, axırıncıdı. 36 yaşım var, artıq ailə həyatı qurmaq lazımdı. İllərdi otellərdəyəm, bir az da ev həyatı yaşayım. Bu yarışa görə 6 aydı otellərdəyəm. Üzərimdə çox adamların haqqı var. Bilirsiz ki, yaltaq adam deyiləm. Doğma qardaşım da olsaydı, ona 3-cü dəfə döyüşmək üçün şans verməzdim. Artıq planlarımı da qurmuşdum. Uduzsaydım, komandamla gecə reysi ilə Ukraynaya gedəcəkdim. Yəqin ki, 5 ildən sonra qayıdardım.
- Qeyd etmişdin ki, anam döyüşümü izləyəndə həyəcanlanır. Səncə, ən çox hansı raundda həyəcanlandı?
- Bilirəm ki, izləyim. İndi 20 il cavanlaşıb (gülür). Mənə dəyən hər bir zərbə anamı qocaldır. Amma bu qələbə onu 20 il cavanlaşdırdı.