Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayıb.
Teleqraf.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Türkiyə təmsilçisi “Fənərbaxça” Moskva “Lokomotiv”ini qəbul edir.
Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Jozef Souza oyunda hesabı açıb. Jozef Souza 72-ci dəqiqəsində özünün və komandasının 2-ci qolunu rəqibin qapısına vurub.
Oyun 2:0 “Fənərbaxça”nın xeyrinə başa çatıb.