22 Fevral 2016 20:14
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"ın canlı əfsanəsi Tyeri Anri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində sabah keçiriləcək "Arsenal" - "Barselona" oyunu haqda danışıb.

Anri növbəti mərhələyə adlamaq yolunda "Barselona"nı daha şanslı gördüyünü bildirib:

"Asan olmasa da, "Barselona" 1/4 finala vəsiqə əldə edəcək. Əgər "Barselona" "Arsenal"ın heyətində Məsut Özili saxlaya bilsə, o zaman "topçular"ın mərhələ adlamaq şansı olmayacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Arsenal" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, 2007-2010-cu illərdə "Barselona"da çıxış edən Anri keçirdiyi 80 oyunda 35 qol vurub.


Müəllif: