9 Aprel 2016 19:47
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" müdafiəçisi Patris Evraya yeni müqavilə təklif edib.

Turin təmsilçisi fransalı futbolçunu daha iki il komandada saxlamaq niyyətindədir. Yeni müqavilə üçün rəhbərliyə təşəkkür edən 35 yaşlı futbolçu bunları bildirib: "Mənə dəyər verdiyi üçün rəhbərliyə təşəkkür edirəm. Klun mənə iki illik müqavilə təklif edib və bundan sonra hər şey məndən asılıdır. "Yuventus"da qalmasam belə, futbol oynamağa davam edəcəm. Xavyer Zanetti, Rayan Qiqqz və Paulo Maldini kimi 40 yaşımadək oynamaq istəyirəm".

Qeyd edək ki, Evra 2014-cü ildən "Yuventus"un şərəfini qoruyur. (Qol.az)


Müəllif:

Oxşar xəbərlər