"Bavariya"nın prezidenti Karl-Hayns Rummenige futbolçuları Frank Riberi və Aryen Robbenin klubdakı gələcəyi haqda açıqlama verib.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, sözügedən oyunçularla bağlı hələlik yekun qərar vermədiklərini deyib:
"Onlarla müqaviləni uzada bilərik. Ancaq bir az səbr etməlidirlər. Yaşı 30-dan yuxarı olan futbolçularla bağlı qərar verməkdə tələsmək istəmirik. Amma onların bu komanda üçün əhəmiyyətini bilirik".