Argentina millisinin hücumçusu Lionel Messi Amerika kubokunda Çiliyə qarşı oynamaya bilər.
Qol.az-ın AFP-yə istinadən verdiyi məlumata görə, buna Messinin zədəsini hələ də sağaltmaması səbəb olub.
Hondurasla yoldaşlıq görüşündə belindən zədə alan 28 yaşlı hücumçu qarşıdakı oyuna tam hazır deyil. Onun Çili ilə görüşdə meydana çıxıb-çıxmayacağına oyuna bir neçə saat qalmış aydınlıq gələcək.
Qeyd edək ki, Argentina - Çili oyunu iyunun 7-də keçiriləcək.