2 Noyabr 2016 13:39
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pirallahı Sənaye Parkında yaradılan "Hayat pharm" əczaçılıq şirkəti 2020-ci ildə tam fəaliyyətə başlayacaq".

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.

Onun sözlərinə görə, zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük, əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar istehsal ediləcək:

"Bu layihə mərhələli şəkildə aparılacaq. Bu ilin axırından başlayaraq logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq".

Nazir qeyd edib ki, bu müəssisənin yaradılması Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və onun fəaliyyəti qeyri-neft sektorunun inkişafına xidmət edəcək (Azərtac).

***

Bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub.

Teleqraf.com-un məlumatına görə, təməlqoyma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.

Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A" və Rusiyanın “R-Farm” şirkəti birgə müəssiəsi olan "HAYAT pharm" adlı əczaçılıq avodunun investisiya dəyəri 74 milyon dollar təşkil edir. Yeni yaradılmış əczaçılıq zavodunda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər