Azərbaycan müvəqqəti olaraq Rusiyaya qaz nəqlini dayandırıb.
Teleqraf.com-n Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) məlumat yayıb. Məlumatda bildirilir ki, qaz verilməsinin bərpa müddəti hələlik məlum deyil: "Rusiya ilə sərhəddəki avtomobil yolunun qalan hissəsinin tikintisi ilə əlaqədar qaz ixracı dayandırılıb”.
Bunun artıq il ərzində ikinci interval olduğunu bildirən ARDNŞ ilk dəfə qaz ixracının 2014-cu ilin yanvarında dayandırıldığını və iyun ayında bərpa olunduğunu bildirib.
Gündəlik qaz nəqli sutkada iki milyon kubmetr təşkil edib.
Xaırladaq ki, Rusiya ilə Azərbaycan arasında qaz nəqli ARDNŞ və "Qazprom" arasında Azərbaycan qazının alqı-satqısı haqqında 2009-cu il oktyabrın 14-də Bakıda imzalanmış müqavilə həyata keçirilir.
Samir