3 Dekabr 2020 18:15
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) epidemiyası iqtisadi fəaliyyəti və aksiz vergisi gəlirlərini azaldıb. 2020-ci ildə vergi gəlirləri daha çox azalacaq.

Teleqraf.com xəbər verir ki, proqnoz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ( OECD ) "Gəlir statistikası" hesabatının 2020-ci il versiyasında yayımlanıb.

Hesabatda vergi gəlirlərinin OECD daxilində son 10 ildə ilk dəfə 2019-cu ildə düşdüyü qeyd edilib.

OECD üzvü olan ölkələrin orta vergi gəlirlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 2018-ci ildə 33.9 faiz olub, müqayisədə 2019-cu ildə 0,1 faiz azalaraq 33,8 faizə düşüb.

Hesabatda qeyd olunub ki, epidemiya tədbirlərinin davamında iqtisadi aktivlik və istehlakdakı kəskin azalma ilə yanaşı, bir çox müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 2020-ci ildə xüsusilə malların alınması zamanı ödənilən dolayı vergilər də (aksiz vergiləri) böyük həcmdə azalacaq.


Müəllif: Yeganə Oqtayqızı