1 İyul 2021 17:55
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) daxil olan, lakin avrodan istifadə etməyən Bolqarıstan hökuməti pul ittifaqına girəcəyi tarixini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bolqarıstan Mərkəzi Bankı ölkədə avronun tədavülə buraxılması üçün təsdiqlənmiş Milli Plan layihəsində hədəf olaraq 1 yanvar 2024-cü il tarixinin təyin olunduğunu yayıb.

Bundan əlavə, keçid dövrünün nəzərdə tutulmadığı və avronun qəbul tarixinin rəsmi ödəmə vahidi olaraq dövriyyəyə girməsi ilə üst-üstə düşəcəyi bildirilib.


Müəllif: Yeganə Oqtayqızı